Elmin sirlərini bizimlə vərəqləyin!
“Hədəf Nəşrləri” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə təsis edilmişdir. Fəaliyyətə başladığı ilk ildən nəşriyyat Azərbaycanda orta təhsilə dair əlavə və metodik dərs vəsaitlərinin çap olunmasını əsas istiqamət kimi qəbul edib.
Nəşriyyatda illərin təcrübəsi və müasir tələbləri nəzərə alaraq müxtəlif yaş qrupları üçün kitab setləri hazırlanır. Məsələn, azyaşlılar üçün “Məktəbəqədər hazırlıq üçün vəsait”, “Sevirəm”, “Cuppulu meyvələr”, ibtidai sinif şagirdləri üçün “Uçmaca”, “Yay tətili tapşırıqları”, abituriyentlər üçün “Blok”, “Buraxılış”, o cümlədən müxtəlif maraq dairələrini əhatə edən elmi-kütləvi ədəbiyyat seti və s. vardır.
Hədəf Nəşrləri 2011-2014-cü illərdə “İSQ”, 2014-2016-cı illərdə “Hədəf” təhsil jurnallarını nəşr edib, 2016-cı ildən isə “Ustad” ədəbiyyat və sənət dərgisi ilə oxucuların görüşünə gəlir.
Yarandığı zamandan müxtəlif sərgilərin təsisçisi və iştirakçısı olan “Hədəf Nəşrləri” indi də davamlı şəkildə kitab sərgilərində iştirak edir. Nəşriyyat son bir ildə “VIII Bakı Beynəlxalq Kitab Sərgisi”, “Oxu günü-8”, “II Uşaq Kitab Festivalı”, “I Bilik Kitab Sərgisi”ndə, həmçinin Sumqayıt, Lənkəran, Gəncə, Naxçıvanda keçirilən sərgilərdə kitablarını nümayiş etdirmişdir.
Abituriyentləri hər zaman diqqət mərkəzində tutaraq yarandığı ilk gündən etibarən onlar üçün vasaitlər tərtib edən “Hədəf Nəşrləri” bu gün də müxtəlif fənlər üzrə vəsaitlər və test topluları nəşr edir. “Azərbaycan dili”, “Riyaziyyat”, “Kimya”, “Coğrafiya”, “Fizika” vəsaitləri bunlardan bir neçəsidir.
Hal-hazırda da "Hədəf Nəşrləri" dəyişən dövrün tələblərini nəzərə alaraq uşaqlar, şagirdlər, abituriyentlər, müəllimlər, valideynlər, geniş oxucu kütləsi üçün vasaitlər hazırlamağa davam edir.
“Hədəf Nəşrləri” Məhdud Məsuliyyətli Cəmiyyəti 2009-cu ildə təsis edilmişdir. Azərbaycan Respublikasında ən məşhur mətbəə və nəşriyyatlarla partnyorluq edən Hədəf Nəşrləri 2010-cu ildə “İlin ən yaxşı nəşriyyatı” (Yeni Yazarlar və Sənətçilər Qurumu), 2011-ci ildə “İlin ən fəal əməkdaşı” (AR Mədəniyyət və Turizm Nazirliyi) və həmçinin 2011-ci ildə keçirilən II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Ən fəal iştirakçı” diplomları ilə təltif edilmişdir. Nəşriyyatın fəaliyyət göstərdiyi müxtəlif illər ərzində 4 nəşri mükafat almışdır.
2011-ci ilin ən uğurlu layihələrindən biri bütün fənlər üzrə 11 müxtəlif test topluları bağlamalarının – Dərsi Qiymətləndirmə Testlərinin (DQT) nəşr edilməsi oldu.
2011-ci il həmçinin məktəbəqədər şagirdlər üçün nəzərdə tutulan yüksək zövqlə tərtib edilmiş metodik vəsaitlərin dərc edilməsi ilə də yadda qaldı. Bu layihəyə 5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əyani vəsait və digər maraqlı metodik kitablar daxildir.