Hörmətli valideyn, “Qavramalar” vəsaiti iki hissə olaraq – 3+ və 5+ yaşlı, məktəbəqədər tədris keçən uşaqlar üçün nəzərdə tutulub. Qavrama kitabları övladınızın erkən inkişaf yaşlarında fiziki və sosial dünyanı anlamasına, mənalı ünsiyyət qurmasına, cisimlərin xüsusiyyətlərini, digər obyektlərdən fərqliliklərini, oxşarlıq və eyniliklərini öyrənməsinə kömək edəcək.