Bu kitabda hiyləgər, qorxaq, avara heyvanlar haqqında gülməli, eyni zamanda ibrətamiz hekayələr var. Bu kitabı oxusan, zəhmətsevərliyin, dürüstlüyün, sadəliyin necə gözəl xüsusiyyət olduğunu, zamana dəyər verməyin vacibliyini görəcəksən. Biləcəksən ki, ağıllı, xeyirxah insanın sevgisi minlərlə axmağın rəğbətindən daha yaxşıdır.