Qanunvercilik Toplusu namizədlərin Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğuna elan olunan müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə ərsəyə gəlmişdir. Kitabda DİM-in proqramına tam uyğunluq gözlənilməklə qanunların qısa cədvəllər şəklində izahları və o cümlədən kitabın sonunda qanunların tətbiqinə dair qarışıq testlər yer almışdır. Habelə namizədlərin ən cox çətinlik çəkdikləri təsnifat və kateqoriya ilə bağlı hissələrin düsturlarla izahlarına və mövzu-nun sonunda İnzibati və yardımçı Təsnifat toplusuna aid testə xüsusi yer verilmişdir. Kitabdan Dövlət qulluğuna o cümlədən, Xüsusi dövlət orqanla-rına hazırlaşan hər bir namizəd istifadə edə bilər.