Bu kitab sənə Yer kürəsi, eləcə də biosfer haqqında maraqlı biliklər verəcək. İstəsən, kitab vasitəsilə maraqlı təcrübələr yaşaya, boş vaxtlarını səmərəli keçirə bilərsən. Məsələn, sənin heç qabda “okean” yaratmaq mümkün olduğundan xəbərin var? Bəs bilirsən ki, bankada “bulud” əldə etmək mümkündür? Bu kitabı oxusan, çox maraqlı təcrübələr yaşayacaq, dünyagörüşünü zənginləşdirəcəksən.