Vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi proqram və dərsliklər əsasında hazırlanıb. “İngilis dili” kitabı gənc müəllimlər, magistratura tələbələri və ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri üçün nəzərdə tutulub. Əsas qaynağı orta məktəb dərslikləri olan bu vəsaitin sonunda müxtəlif lüğətlər təqdim edilib.
Kitabı indiyə qədər çap olunan vəsaitlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, bütün mövzulara uyğun qeydlər, istisnalar, mübahisəli məsələlər xüsusi qrafalarda verilib.