Bu vəsait 4-6 yaşlı uşaqlarla işləyən müəllimlər, tərbiyəçilər və valideynlər üçün nəzərdə tutulub. Kitabda məktəbəqədər hazırlıq üçün “İngilis dili” vəsaitində verilən mövzulara uyğun tapşırıqlar yer alıb, müxtəlif mövzuları əhatə edən ənənəvi və kurikuluma uyğun öyrədici, maraqlı, şəkilli tapşırıq nümunələri verilib.