Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00
Ali məktəb

Ədəbiyyatda postmodernizm

Ülvi Babasoy modernizm və postmodernizm kimi ədəbi cərəyanlara dair ən mürəkkəb məsələləri sadə, anlaşıqlı üslubda təqdim edir. Postmodernizmin oyun estetikası, əyləncəlilik, sosial funksiya, posthumanizm, posthəqiqət kimi xüsusiyyətlərinə dekonstruksiya, intertekstuallıq, dekanonizasiya, çoxsəsli estetika, hərf və rəqəm simvolikası, metatekstuallıq, hipertekstuallıq kimi komponentlər kontekstində aydınlıq gətirir. Bu komponentlər yalnız nəzəri səciyyə daşımır, Türkiyə, Azərbaycan və Avropa ədəbiyyatından konkret bədii mətnlərlə dəstəklənir. Ədəbi-nəzəri, bədii-estetik görüşlər bədii mətnlərin məzmun-forma, ifadə və struktur estetikasına tətbiq edilir. Elmi-akademik üslubla bədii-estetik düşüncənin birliyi kitabı bütün oxucular üçün oxunaqlı edir. “Ədəbiyyatda postmodernizm: oyun estetikası” vəsaiti postmodernizmlə maraqlanan hər kəs üçün konseptual və maraqlı qaynaqdır.

Qiyməti 10
ALMAQ
Paylaş
Ədəbiyyatda postmodernizm

Kitabın xüsusiyyətləri

  • Müəllif: Ülvi Babasoy
  • Çap tarixi: 2024
  • Ölçü: 148 x 210
  • Səhifə sayı: 208