Hörmətli valideyn!
“Balabilgə bacarır” vəsaiti 3 yaşdan yuxarı uşaqların təfəkkürünün əyləncəli formada inkişafı üçün nəzərdə tutulub. Kitabdakı çalışmalar uşaqların yaş psixologiyasına uyğun tərtib edilib. Bu kitab övladlarınızın yaradıcılıq qabiliyyətinin, analitik düşünmə bacarığının artmasına və kiçik motorikasının inkişafına təsir göstərəcək. Tapşırıqların sərbəst həlli övladınızın məktəbəqədərhazırlıq proqramının sadələşmiş formasını mənimsəməsinə kömək edəcək.