Dəyərli oxucu, bu kitab yeni proqramlara uyğun olaraq orta məktəblərdə istifadə olunan dərsliklər əsasında hazırlanmışdır.
Vəsait Azərbaycan dili (dövlət dili) fənni üzrə rus bölməsi şagirdlərinin buraxılış imtahanlarına hazırlığı üçün nəzərdə tutulmuşdur. Bu kitab vasitəsilə rus bölməsində təhsil alan şagirdlər IX və XI sinfin sonunda verəcəkləri Azərbaycan dili imtahanı üzrə “oxu”, “yazı” və “dil qaydaları” məzmun xətlərinə aid yoxlanılması və qiymərləndirilməsi nəzərdə tutulmuş alt standartlara uyğun bilik və bacarıqlar əldə edəcəklər.