Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00
Məktəbəqədər

1000+ söz (rus)

Sizə təqdim etdiyimiz bu kitab 3 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Rus dili çox zəngin və dünyada çox tanınmış dildir. Uşaqlar bir çox yerdə bu dili eşidirlər. Kitabımız uşaqların bu dildə danışmağına kömək edəcək. Qısa müddətdə uşaqlar rus dilində sözləri öyrənəcək, bütöv cümlələr qura biləcək, müxtəlif mövzular haqqında tərcümə etməyi və danışmağı bacaracaqlar. Uşaqlar dərsləri tək deyil, böyüklərin vasitəsilə fərdi və ya qrup şəklində öyrənə bilərlər. Bütün kitablarımızda olduğu kimi, çalışmışıq ki, mövzular uşaqlara çətinlik yaratmasın və asan öyrənmələrinə yardım etsin. Bunun üçün yeni sözlərlə tanış olduqca sözləri mütamadi olaraq təkrar etmək lazımdır ki, rahatlıqla sözləri yaddaşlarında saxlaya bilsinlər. Uşaqlar yaşlarına uyğun olaraq bu mövzuları 6-8 və ya 12 aya öyrənə bilərlər. Sizə uğurlar, əziz uşaqlar!

Qiyməti 6.50
ALMAQ
Paylaş
1000+ söz (rus)

Kitabın xüsusiyyətləri

  • Müəllif: Gülnar Xəlilova
  • Çap tarixi: 2024
  • Ölçü: 21 x 29.5
  • Səhifə sayı: 96