Bu vəsait 4-6 yaşında uşaqlarla işləyən müəllimlər, tərbiyəçilər və valideynlər üçün nəzərdə tutulub. Kitabın yazılmasında əsas məqsəd bu yaşda olan uşaqların ingilis dilində şifahi nitq bacarığına sadə şəkildə yiyələnməsidir. Kitabda müxtəlif mövzularda sözlər, şəkillər, ifadələr, şeirlər və mahnılarla maraqlı şəkildə uşaqlara çatdırılır. Hər səhifə bir dərs olaraq nəzərdə tutulur.