Axtarış
Gənclik, 80d Həsən Əliyev Küçəsi, Bakı, Azərbaycan
9:00 - 18:00
Abituriyent

Azərbaycan dili vəsait

Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi proqram və dərsliklər əsasında hazırlanmışdır. Bütün mövzulara aid videodərslərə keçidlər hər mövzunun əvvəlində QR kod vasitəsilə yerləşdirilmişdir. Kitabda ən son dəyişikliklər, yeni orfoqrafiya-orfoepiya qaydaları, tədris materiallarındakı yeniliklər nəzərə alınmışdır.

Vəsait müəllimlər, abituriyentlər, MİQ imtahanlarına və olimpiadalara hazırlaşanlar, filologiya fakültəsində oxuyanlar, magistrlər və ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri üçün nəzərdə tutulmuşdur.

Əsas qaynağı orta məktəb dərslikləri olan bu vəsaitin sonunda orfoqrafiya, orfoepiya, vurğu, omonimlər, frazeoloji birləşmələr, arxaik sözlər, dialekt sözlər, paronimlər lüğətlərilə yanaşı, şəkilçilərin bir çox xüsusiyyətlərinə görə də (omonimliyi, sinonimliyi, antonimliyi, vurğu qəbul etməyən) lüğətlər tərtib edilmişdir.

Kitabı indiyə qədər çap olunan vəsaitlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri də odur ki, bütün mövzulara uyğun qeydlər, istisnalar, mübahisəli məsələlər xüsusi qrafalarda verilmişdir.

Qiyməti 9
ALMAQ
Paylaş
Azərbaycan dili vəsait

Kitabın xüsusiyyətləri

  • Müəllif: Şəmil Sadiq, Elxan Nəcəfov, Arif Əsədov
  • Hədəf kütlə: Abituriyent
  • Çap tarixi: 01.03.2023
  • Ölçü: 16 x 24
  • ilk 10 səhifə:Bura kliklə